Bugünədək növbədənkənar parlament seçkilərində iştirak etmək üçün 1162 nəfərin deputatlığa namizədliyi irəli sürülüb.
***
Azərbaycanda seçicilərin çoxu qadınlardır. 40 minə yaxın komissiya üzvlərinin əksəriyyətini qadınlar təşkil edir.
***
Növbədənkənar parlament seçkiləri ilə bağlı ATƏT-in uzunmüddətli müşahidəçiləri iyulun sonunda Azərbaycana gələcək.
***
31 nəfərin namizədliyi qeydə alınıb.
***
Ölkədə fəaliyyət göstərən 26 siyasi partiyadan 25-i seçkilərdə iştirak edir. Bu partiyaların 600-ə yaxın səlahiyyətli nümayəndəsi MSK-da qeydə alınıb.
***
Namizədliyi irəli sürülənlər arasında 24 siyasi partiyanın 449 nümayəndəsi var.
***
Namizədliyi irəli sürülənlərdən birinin təqdim etdiyi məlumatlarda və sənədlərdə ciddi nöqsanlar, saxtalaşdırılmış informasiyalar aşakarlandığından onun namizədliyi MSK tərəfindən ləğv edilib.
Ə.BƏDƏLOV
XQ