Nəsimi RPİ 22-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisində bir nəfərin 223 manat pulunu soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş qadın müəyyən olunaraq saxlanılıb.
Nizami rayonu ərazisində soyğunçuluq hadisəsi baş verib. Polisə müraciət edən 75 yaşlı qadın yaşadığı evin dəhlizində naməlum şəxsin ona zor tətbiq edərək qızıl boyunbağısını taladığını bildirib. Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş A.Behbudov müəyyən olunaraq saxlanılıb.
Ondan marixuana aşkar olunaraq götürülüb.
Faktlarla bağlı araşdırma aparılır.
P.ƏMİRCANOV
XQ