Xankəndi Prokurorluğunun açılışı

post-img

İyunun 24-də Xankəndi Şəhər Rokurorluğunun inzibati binası istifadəyə verilib.

Baş prokuror Kamran Əliyev mərasimdə bildirib ki, ölkə Prezidentinin 24 may 2024-cü il tarixli Sərəncamı ilə Xankəndi Şəhər Prokurorluğu təsis edilib və qısa müddətdə qurumun bina, avadanlıq, rabitə, nəqliyyat vasitələri ilə təmin edilməsi, habelə digər maddi-texniki təminatı məsələləri həllini tapıb. O, prokurorluq orqanlarında aparılan kompleks islahatlar və sağlam iş mühitinin formalaşdırılması məqsədilə görülən məqsədyönlü tədbirlərdən də söz açıb.

İnzibati binanın istifadəyə verilməsini prokurorluq əməkdaşlarının əməyinə verilən yüksək qiymət kimi dəyərləndirən Baş prokuror Azərbaycan dövlətinin inkişafı naminə bundan sonra da böyük səylə çalışacaqlarını bildirərək kollektivə uğurlar arzu edib. 

***

Həmin gün Xankəndidə Baş Prokurorluğun təşkilatçılığı ilə “Ətraf mühitin mühafizəsində maarifləndirmə və hüquq-mühafizə tədbirlərinin rolu” mövzusunda elmi-praktik konfrans keçirilib. 

Baş prokuror Kamran Əliyev qeyd edib ki, COP29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi Azərbaycana böyük hörmət və etimadın, eləcə də ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişikliklərinin qarşısının alınması işinə töhfəsinin təqdir olunmasının bariz nümunəsidir.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəsi Elçin Yusubov, ekologiya və təbii sərvətlər nazirinin müavini xanım Umayra Tağıyeva, Milli Məclisinin deputatı Kamal Cəfərov, Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanov, Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev, Qarabağ Universitetinin rektoru Şahin Bayramov, Ankara Universitetinin hüquq fakültəsinin dekanı Muharrem Özen, Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin sədri Samir İdayətov və digər çıxış edənlər müzakirə edilən mövzu ilə bağlı mülahizə və təkliflərini söyləyiblər.

Konfransın sonunda, Baş Prokurorluq, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Bakı Dövlət Universiteti arasında ECOLEAD layihəsinə dair Anlaşma Memorandumu imzalanıb və media nümayəndələrinin sualları cavablandırılıb.

XQ

 



Son xəbərlər