Dünən Bakıda Türk Dövlətləri Qiymətləndiricilərinin Üçüncü Beynəlxalq Forumu keçirilib.
Forumda türk dövlətləri qiymətləndirmə birliklərinin rəhbər və nümayəndələri, qonaq qismində Rusiya, Gürcüstan və Belarus qiymətləndirmə şirkətlərinin rəhbər və təmsilçiləri, eləcə də Azərbaycanın İqtisadiyat, Nazirliyi, Maliyyə Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Mərkəzi Bankının nümayəndələri və deputatlar iştirak edib. Forumun məqsədi türk dövlətləri qiymətləndiriciləri arasında əməkdaşlığı keyfiyyətcə yeni mərhələyə daşımaqdır.
Forum çərçivəsində idarə heyətinin iclası keçirilib və mühüm qərarlar qəbul edilib.
Forumda qiymətləndirmə sektorunda qlobal problemlər müzakirə olunub, ortaq türk qiymətləndirmə standartları barədə müzakirələr aparılıb. Bildirilib ki, bu müzakirələrdə səsləndirilən fikirlərin nəticəsində müəyyən adımlar atılacaq.