Azərbaycan – Qırğızıstan hərbi tibb əməkdaşlığı

post-img

Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında imzalanan ikitərəfli hərbi əməkdaşlıq planına əsasən, Müdafiə Nazirliyinin Tibb İdarəsində görüş keçirilib.

Görüşdə Azərbaycan Müdafiə Nazir­liyinin Tibb İdarəsinin rəisi vəzifəsini icra edən tibb xidməti polkovnik-leytenantı Anar İsmayılov və Qırğız Respublikası Müdafiə Nazirliyinin Tibb İdarəsinin rəisi, tibb xidməti polkovniki Amanbai Matisa­kov hərbi tibb sahəsində əməkdaşlığın inkişaf perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlərə dair ət­raflı fikir mübadiləsi aparıblar.

Sonra qırğızıstanlı nümayəndə Mü­dafiə Nazirliyinin Baş Klinik Hospitalı, Mərkəzi Hərbi Poliklinika, Mərkəzi Sto­matoloji Poliklinika, Sanitar-Epidemioloji Nəzarət Mərkəzi, Məhkəmə-Tibbi Eks­pertiza və Patoloji Anatomiya Mərkəzini ziyarət edib, burada yaradılan şəraitlə hərbi tibb sahəsində xidmət edən həkim­lərin fəaliyyətlərini izləyib.

XQ

Son xəbərlər