Cari ilin daimi seçicilər siyahısının tərtib edilməsi və dəqiqləşdirilməsi başa çatıb

post-img

Azərbaycan Respublikası Seçki Məcəlləsinin tələblərinə əsasən, hər il yan­var ayının əvvəllərindən etibarən ölkə üzrə vahid seçicilər siyahısının tərtib edilərək dəqiqləşdirilməsinə başlanılır. 

Seçici siyahıları qanunvericiliklə müəyyənləşdirilmiş qaydada, ilk növbə­də, müvafiq icra hakimiyyəti orqanları və bələdiyyə qurumu başçılarının, hərbi his­sə komandirlərinin aktiv seçki hüququna malik seçicilər barədə təqdim etdikləri məlumatlar əsasında məntəqə və da­irə seçki komissiyaları tərəfindən tərtib olunur və Mərkəzi Seçki Komissiyasına təqdim edilir. Bu istiqamətdə lazımi ad­dımlar atıldıqdan və zəruri işlər görül­dükdən sonra seçici siyahıları aidiyyəti üzrə aşağı seçki komissiyaları tərəfin­dən təsdiqlənir və dövlət avtomatlaşdırıl­mış informasiya sistemindən də istifadə olunmaqla ictimailəşdirilir. Sözügedən prosesə, bütövlükdə, may ayının 30-dək yekun vurulur.

Cari il seçicilər siyahısının dəqiqləş­dirilməsinə başlanılması 2024-cü il fev­ralın 7-də keçirilən növbədənkənar Azər­baycan Respublikası Prezidenti seçkiləri ərəfəsinə təsadüf etdiyindən, MSK vətəndaşların seçki hüquqlarının daha səmərəli təmin olunmasında mühüm əhəmiyyət daşıyan seçici siyahılarının dəqiqləşdirilməsini əsas prioritetlərdən biri kimi diqqətdə saxlayaraq prosesləri daha da intensivləşdirdi və qanunverici­liyin tələblərinə uyğun qaydada ardıcıl, sistemli tədbirlər həyata keçirdi. Belə ki, seçici siyahılarının dəqiqləşdirilməsi müddətində fərqli üsullarla silsilə təş­viqat kampaniyası gerçəkləşdirildi, MSK-nın hazırladığı video və audio çarxlar televiziya və radio yayımçıları, komis­siyanın rəsmi internet səhifəsi, onlayn media portalları və sosial media platfor­maları vasitəsilə müntəzəm nümayiş et­dirilərək geniş miqyasda ictimailəşdirildi. O cümlədən birgə layihə çərçivəsində ilk dəfə “ASAN xidmət” mərkəzlərində yerləşən smart monitorlara seçici siya­hılarına dair xidmət əlavə olundu ki, bu effektiv vasitə seçicilərə öz məlumatları­nı yoxlamaq, düzəlişlərə ehtiyac yaran­dıqda yerindəcə sadə üsulla operativ şəkildə MSK-ya müraciət ünvanlamaq, habelə səs verəcəkləri məntəqəyə dair informasiya əldə etməyə imkan yaratdı. Sadalanan məqsədyönlü layihələrlə ya­naşı, dəqiqləşdirmə prosesində seçicilə­rin fəallığı, informasiya-kommunikasiya texnologiyalarının və media qurumları­nın imkanlarından geniş istifadə olun­ması da görülən işlərin səmərəliliyinin yüksəldilməsində və siyahıların daha təkmil hazırlanmasında əhəmiyyətli rol oynadı. Onu da qeyd etmək lazımdır ki, aşağı seçki komissiyalarının otuz sək­kiz mindən artıq üzvünün cəlb olunduğu dəqiqləşdirmə prosesi Daxili İşlər Nazirli­yi və Ədliyyə Nazirliyinin müvafiq orqan­ları, yerli icra strukturları və bələdiyyə qurumları ilə sıx əməkdaşlıq şəraitində reallaşdırılırdı.

2024-cü il üzrə daimi seçicilər siya­hısının tərtib edilməsi və dəqiqləşdiril­məsinin başa çatması ilə əlaqədar MSK üzvləri media mənsublarının da iştirakı ilə mayın 27-də komissiyanın inzibati bi­nasında vahid seçicilər siyahısının cari il üzrə yenidən tərtib edilmiş variantı və saxlanma şəraiti ilə yaxından tanış olub­lar. MSK-nın İnformasiya mərkəzinin zalında əyani şəkildə keçirilən təqdimat mərasimində komissiya üzvləri və me­dia təmsilçiləri seçici siyahılarının tərtib edilərək dəqiqləşdirilməsində dövlət av­tomatlaşdırılmış informasiya sisteminin yaratdığı imkanlar, daha da təkmilləşdi­rilən proqram təminatları barədə ətraflı məlumatlandırılıb. 

Təqdimat mərasimindən sonra Məza­hir Pənahovun sədrliyi ilə MSK-nın iclası keçirilib və 2024-cü ilin daimi seçici siya­hılarının yenidən tərtib edilməsi, təsdiq olunması və ictimailəşdirilməsi məsələ­sinə baxılıb. Komissiya sədri seçici siya­hılarının dəqiqləşdirməsi istiqamətində reallaşdırılan məqsədyönlü fəaliyyətlə bağlı əsas məqamları iclas iştirakçıla­rının diqqətinə çatdırıb, eyni zamanda, prosesə yaxından kömək göstərən Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, yerli icra hakimiyyəti orqanları və digər aidiyyəti qurumlara təşəkkürünü bildirib.

İclasda 2024-cü ilin daimi seçici si­yahılarının tərtib edilməsi və dəqiqləşdi­rilməsi işi başa çatmış hesab edilərək, siyahıların məntəqə və dairə seçki ko­missiyaları tərəfindən təsdiq olunması üçün müvafiq dairə seçki komissiyalarına göndərilməsi, Azərbaycan Respublikası üzrə seçicilərin daimi siyahısının dövlət avtomatlaşdırılmış informasiya sistemi vasitəsilə tərtib edilərək, Seçki Məcəllə­sinin tələbləri nəzərə alınmaqla təsdiq olunduqdan sonra komissiyanın internet saytında yerləşdirilməklə ictimailəşdiril­məsi qərara alınıb. Hazırda ölkə üzrə va­hid seçicilər siyahısına 6 milyon 326 min 764 seçici daxil edilib ki, onların da 47,55 faizi kişi, 52,45 faizi isə qadınlardır.

MSK-nın iclasında digər məsələlərə də baxılıb və müvafiq qərarlar qəbul olu­nub. Belə ki, komissiyanın 2024-cü il 2 may tarixli iclas protokolu təsdiq edilib, bir sıra yeni normativ-hüquqi aktların qə­bul olunması və qanunvericilikdə edilən son dəyişikliklərlə əlaqədar olaraq “Si­yasi partiyalar tərəfindən təqdim edilmiş illik maliyyə hesabatlarının qəbul olun­ması və nəzərdən keçirilərək ictimailəş­dirilməsi qaydalarına dair Təlimat”ın təs­diq edilməsi barədə qərar ləğv olunub, həmçinin bəzi seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilib.

Qabil YUSİFOĞLU
XQ

Son xəbərlər