Keniya qəzeti Vaşinqton Bəyannaməsinin Azərbaycana gətirəcəyi uğurlardan yazıb

post-img

Keniyanın ən nüfuzlu mətbuat orqanlarından biri “The Standart” qəzetində Azərbaycan haqqında məqalə dərc olunub.

Məqalədə ölkəmizin gələn il mayın 17-dən 22-dək ev sahibliyi edəcəyi Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) əsas müzakirə mövzularından birinin əlçatan mənzillərin inşası olduğu, bu məsələnin isə Keniya üçün xüsusi əhəmiyyət daşıdığı vurğulanıb. Vaşinqtonda Azərbaycan, ABŞ və Ermənistan liderlərinin imzaladıqları Birgə Bəyannamənin WUF 13-ün əhatə dairəsi və təsir imkanlarının genişlənməsi üçün ciddi imkanlar yaradacağı bildirilib.

Yazıda Azərbaycanın 30 illik erməni işğalından azad etdiyi ərazilərdə apardığı irimiqyaslı bərpa və yenidənqurma işləri, sürətlə inkişaf etdirilən nəqliyyat-kommunikasiya xətləri ilə regionda sülh və əməkdaşlığa verdiyi töhfə də qeyd olunub.

Həmçinin qeyd olunub ki, 2002-ci ildə ilk Ümumdünya Şəhərsalma Forumuna ev sahibliyi etmiş Keniya bu sahədə qlobal meyarların WUF13 çərçivəsində yüksək səviyyədə müzakirəsinə xüsusi əhəmiyyət verir. 2024-cü ildə COP29-a ev sahibliyi edən Azərbaycan tərəfindən dayanıqlı urban inkişafı və iqlim dəyişikliyi proseslərinin qarşılıqlı təsirləri ilə bağlı təşəbbüslərinə xüsusi diqqət yetirməsi WUF13-ün hədəf və məqsədləri üçün mühüm fürsətlər yaradır.

Bundan əlavə, məqalədə ölkəmizin 2026-cı ildə Ümumdünya Ətraf Mühit Gününə (WED2026) ev sahibliyi edəcəyi və bu tədbirin qlobal iqlim fəaliyyəti üçün vacibliyi diqqətə çatdırılıb.

XQ



Son xəbərlər