Baş prokuror Xaçmazda vətəndaşlarla görüşüb

post-img

Avqustun 15-də Baş prokuror Kamran Əliyev Xaçmaz Rayon Prokurorluğunun inzibati binasında Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən, Xızı rayonlarından və digər bölgələrdən olan vətəndaşları qəbul edib.

Qəbulda iştirak edən 43 nəfər vətəndaşın müraciətində konkret cinayət işlərinin istintaqı, törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları və məhkəmədə baxılan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsinə dair məsələlərin bilavasitə prokurorluqda və ya aidiyyəti icra orqanlarında operativ həlli üçün müvafiq göstərişlər verilib.

Qəbuldan sonra prokurorluq əməkdaşları ilə görüş keçirən Kamran Əliyev onlara konkret tapşırıqlar verib.

XQ

Son xəbərlər