TBMM heyəti Milli Məclisdə

post-img

Milli Məclisin Sədri Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin (TBMM) Milli təhsil, mədəniyyət, gənclik və idman komissiyasının sədri Mahmut Özərin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə qardaş ölkələrimiz arasında əlaqələrin ən yüksək səviyyədə olduğu qeyd edilərək, xalqlarımızı birləşdirən or­taq tarixi, dil, dini və milli-mənəvi dəyər­lərin münasibətlərimizin əsasında da­yandığı vurğulanıb. Bildirilib ki, ikitərəfli əlaqələrin inkişafında iki ölkə rəhbərləri­nin qarşılıqlı səfərlərinin həyata keçirilmə­si böyük əhəmiyyət kəsb edir.

Söhbət zamanı bu gün dövlət baş­çılarımızın liderliyi ilə ölkələrimizin bü­tün sahələrdə uğurlu əməkdaşlığından məmnunluq ifadə edilib. Prezidentlər İl­ham Əliyev və Rəcəb Tayyib Ərdoğanın qarşılıqlı hörmət və etimada əsaslanan qardaşlıq münasibətləri, siyasi iradəsi və qətiyyəti Azərbaycan-Türkiyə əlaqələrinin hərtərəfli inkişafında və müttəfiqlik səviy­yəsinə çatmasında çox mühüm rol oyna­dığı diqqətə çatdırılıb.

Milli Məclisin Sədri, Azərbaycan Pre­zidentinin "Bizim ailəmiz Türk dünyasıdır" fikrini xatırladaraq, ölkələrimizin türk döv­lətləri arasında da münasibətlərin inkişa­fına mühüm töhfələr verdiyini bildirib. O, bu sahədə parlamentlərin də üzərinə mü­hüm vəzifələr düşdüyünü söyləyib.

Görüşdə parlamentlərimizin də ölkələ­rimiz və xalqlarımız arasında əlaqələrin inkişafına dəstək və töhfələr verdiyi, ha­zırda qanunverici orqanlar arasında da əməkdaşlığın yüksək səviyyədə olduğu qeyd edilib. Bildirilib ki, bu gün Milli Məc­lislə TBMM arasında çoxşaxəli əmək­daşlıqla yanaşı, üçtərəfli və çoxtərəfli formatlarda da işbirliyi mövcuddur. Həm­çinin parlamentlər beynəlxalq təşkilatlar­da səmərəli fəaliyyət göstərir və bütün məsələlərdə ortaq mövqedən çıxış edir­lər. 

Spiker xatırladıb ki, Milli Məclislə Türkiyə Böyük Millət Məclisi arasında Əməkdaşlıq haqqında saziş imzalanıb. Bu sənəd parlamentlərimiz arasında bir çox sahələrdə əlaqələrin daha da də­rinləşməsini özündə ehtiva edir. Saziş Şuşa Bəyannaməsinin parlamentlərarası əməkdaşlığa dair bəndinin həyata keçi­rilməsi və Azərbaycan-Türkiyə müttəfiqlik münasibətlərinin parlament səviyyəsində də əks etdirilməsi baxımından mühüm bir mexanizmdir. Bu mənada parlament komitələri, dostluq qrupları arasındakı əlaqələr çox önəmlidir.

Azərbaycana səfərindən və Milli Məc­lisdə olmağından məmnunluğunu ifadə edən Türkiyə Böyük Millət Məclisinin ko­missiya sədri Mahmut Özər bu il may ayının əvvəlində VI Ümumdünya Mədə­niyyətlərarası Dialoq Forumunda iştirak etmək məqsədilə ölkəmizdə səfərdə ol­duğunu və forumun çox yüksək səviy­yədə təşkilini qeyd edib. Bununla yanaşı, qardaş ölkələrimiz arasında bütün digər sahələrdə olduğu kimi, təhsil sahəsində də geniş əlaqələrin mövcudluğu bildirilib. 

S.Qafarova gənc nəslin tərbiyəsi, ailə dəyərlərimizin qorunması istiqamətində təhsilin xüsusi rolunu vurğulayaraq deyib ki, gənc nəslin milli dəyərlərimizə bağlı, qardaşlıq münasibətlərimizə sədaqət ru­hunda yetişdirilməsi mühüm əhəmiyyət kəsb edir. 

Tərəflər Türkiyə-Azərbaycan Universi­tetinin yaradılmasından məmnunluqlarını ifadə edərək, bunun ölkələrimiz arasında qardaşlığın təzahürü olduğu vurğulanıb. Qeyd edilib ki, bu universitet gənclərimi­zin daha yaxşı təhsil almasına və gələcək inkişafına öz töhfəsini verəcək. 

Ə.BƏDƏLOV
XQ

Son xəbərlər