Energetika naziri ABŞ-nin Azərbaycandakı müvəqqəti işlər vəkili ilə görüşüb

post-img

Energetika naziri Pərviz Şahbazov Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı müvəqqəti işlər vəkili Amy Carlon ilə görüşüb.

Görüşdə iki ölkə arasında enerji sahəsində əməkdaşlığın mövcud vəziyyəti və gələcək inkişaf perspektivləri müzakirə edilib. Ənənəvi və bərpa olunan enerji istiqamətində qarşılıqlı maraq doğuran sahələr üzrə fikir mübadiləsi aparılıb.

İqtisadiyyat