Leyla Əliyevanın BMT görüşləri

post-img

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva İsveçrənin Cenevrə şəhərinə işgüzar səfəri çərçivəsində Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Ərzaq Proqramının Cenevrə Qlobal ofisinin direktoru Cankarlo Çirri və BMT Ətraf Mühit Proqramının Avropa üzrə yeni təyin olunmuş regional direktoru Arnold Kraylhuber ilə görüşüb.

ÜƏP rəsmisi ilə keçirilən görüşdə IDEA təşkilatı ilə ÜƏP arasında BMT-nin Dayanıqlı İnkişaf məqsədlərindən olan Yer kürəsində aclığın aradan qaldı­rılması üzrə birgə fəaliyyət, o cümlədən münaqişələr, təbii fəlakətlər və iqlim də­yişmələrindən əziyyət çəkən insanların ərzaqla təminatına dair müzakirələr apa­rılıb.

Leyla Əliyeva IDEA İB-nin Azərbay­canda və bölgəmizdən kənarda müxtəlif BMT qurumları ilə çoxşaxəli əməkdaşlıq nümunələrini diqqətə çatdıraraq, ÜƏP ilə daha sıx tərəfdaşlığa hazır olduqlarını vurğulayıb. Bu xüsusda o, son illər Azər­baycanda könüllülər hərəkatının geniş vüsət tapdığını və istər ölkə daxilində, istərsə də ölkədən kənarda dəyərli təcrü­bə qazandıqlarını nəzərə alaraq, ÜƏP-in dünyanın müxtəlif bölgələrində fəaliy­yətlərinə Azərbaycan könüllülərinin cəlb olunmasını təklif edib.

ƏMP regional direktoru ilə keçirilən görüşdə IDEA İctimai Birliyinin BMT-nin bu proqramı ilə Azərbaycanda həyata ke­çirdikləri müxtəlif layihələrə istinad edilib, uğurlu əməkdaşlıq nümunələri kimi can­lı aləmin bir sıra növlərinin mühafizəsini ehtiva edən layihələr, o cümlədən Xəzər dənizinin ekologiyasının mühafizəsi və bərpası təşəbbüsləri göstərilib. Leyla Əli­yeva xüsusilə qeyd edib ki, 30 ilə yaxın işğal altında olan ərazilərimizdə meşələr qırılıb, su hövzələri çirkləndirilib, təbii eh­tiyatlarımız amansızcasına istismar olu­nub, nəticədə ölkəmizin ekologiyasına ciddi zərər vurulub. Bu baxımdan işğala məruz qalmış ərazilərimizdə təbiətin bər­pası və dayanıqlı inkişafın təmin edilməsi istiqamətində ƏMP ilə əməkdaşlığın va­cibliyi qeyd olunub.

IDEA İB-nin rəhbəri hər iki BMT proq­ramının nümayəndəsini bu ilin noyabrın­da Bakıda keçiriləcək COP29 konfransı­na dəvət edib və bu proses çərçivəsində birgə tədbirlər keçirmək imkanlarını mü­zakirə etməyə hazır olduqlarını diqqətə çatdırıb.



Son xəbərlər