Fransanın YAP-a qarşı ittihamı əsassızdır

post-img

“Fransanın Xarici rəqəmsal müdaxilələrdən müdafiə üzrə Dövlət xidmətinin (VİGİNUM) Yeni Kaledoniya hadisələri ilə əlaqədar Yeni Azərbaycan Partiyasını sosial şəbəkələrdə saxta məlumatlar yaymaqda və sistemli qaralama kampaniyası aparmaqda ittiham etməsi absurd və qərəzli yanaşmadır”.

Bu fikirləri YAP Mərkəzi Aparatının İn­formasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nurlan Qələn­dərli bildirib.

Şöbə müdiri diqqətə çatdırıb ki, bu gün sosial medianın müxtəlif seqment­lərinə, xüsusilə də “X” və feysbuk plat­formalarına nəzər saldıqda Fransanın ondan 17 min kilometr uzaqda yerləşən Yeni Kaledoniyada mütərəqqi dünyanın sivil dəyərlərinə zidd olaraq həyata ke­çirdiyi neokolonialist siyasətinin müxtəlif ölkələrdən olan insanların tənqidinə mə­ruz qaldığını, ciddi etiraz və narazılıq­larla qarşılandığını görmək mümkündür. Azərbaycan vətəndaşlarının, o cümlədən 700 mindən artıq insanı öz sıralarında birləşdirən Yeni Azərbaycan Partiyasının üzvlərinin bu məsələ ilə əlaqədar fərdi münasibət bildirmələri də təbiidir. 

YAP-ın rəsmi sosial şəbəkə hesab­larında məsələ ilə əlaqədar paylaşımlar edilməsi iddiasına münasibət bildirən şöbə müdiri qeyd edib: “Bu, aşkar de­zinformasiyadır və həqiqətə əsla uyğun deyil. Yeni Azərbaycan Partiyasının rəsmi sosial media hesablarında, iddia edildiyi kimi, Yeni Kaledoniya hadisələri ilə əlaqə­dar “separat xarakterli xəbərlər” və ya hər hansı bir saxta məlumat paylaşılmayıb. Bu saxta iddianı – uydurma ittihamı tirajla­yan bəzi media nümayəndələrini diqqətli olmağa, media və sosial şəbəkələrdə xəbər paylaşanda jurnalistikanın dəqiqlik prinsipini əsas götürməyə və dezinforma­siya yaymamağa çağırırıq”.

Siyasət