Azərbaycan Baş nazirinin Efiopiya Baş naziri müavini ilə görüşü

post-img

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov mayın 16-da Efiopiya Federativ Demokratik Res­publikası Baş nazirinin müavini Te­mesgen Tirunehin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə Azərbaycanın Af­rika dövlətləri, o cümlədən, Efio­piya ilə əlaqələrin inkişafına əhə­miyyət verdiyi bildirilib. İki ölkə arasında beynəlxalq təşkilatlar çərçivəsində həyata keçirilən əməkdaşlıqdan məmnunluq ifa­də olunub.

İkitərəfli səviyyədə müna­sibətlərin möhkəmləndirilməsi üçün mövcud imkanlardan istifa­də edilməsinin önəmi vurğulana­raq, xüsusilə dövlət xidmətlərinin göstərilməsi və sosial innovasi­yalar sahəsində əməkdaşlığın son vaxtlar yaxşı dinamika nüma­yiş etdirdiyi qeyd olunub.

Efiopiya Baş nazirinin müa­vininin səfəri çərçivəsində imza­lanmış və “ASAN xidmət” kon­sepsiyası əsasında bu ölkədə dövlət xidmətlərini həyata keçirə­cək mərkəzlərin yaradılmasını nəzərdə tutan Anlaşma Memo­randumunun əhəmiyyəti vurğu­lanıb.

Görüşdə Azərbaycan–Efiopi­ya əlaqələrinin bir sıra istiqamət­lərdə genişləndirilməsi ilə bağlı məsələlər müzakirə olunub.

Son xəbərlər