Mayın 15-də Şimali Kipr Türk Cümhuriyyətinin Girnə şəhərində Azərbaycan Beynəlxalq Mədəniyyət Mərkəzinin açılış mərasimi keçirilib.
Tədbirdə ŞKTC-nın Prezidenti Ersin Tatar, Baş nazir Ünal Üstəl, parlamentlərarası əlaqələr üzrə Azərbaycan–ŞKTC və Türkiyə–ŞKTC işçi qruplarının üzvləri, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Parlamentlərarası əlaqələr üzrə Azərbaycan-ŞKTC işçi qrupunun rəhbəri Cavanşir Feyziyev Azərbaycan tərəfinin ŞKTC ilə əlaqələrin, o cümlədən, mədəniyyət və təhsil sahələrində inkişafına hazır olduğunu bildirib.
Prezident Ersin Tatar İlham Əliyevin türk xalqlarının yaxınlaşmasına yönəlmiş siyasətini yüksək qiymətləndirib, Bakı ilə dialoqun inkişafına hazır olduğunu vurğulayıb.
Sonra ümummilli lider Heydər Əliyevin büstünün açılışı olub.
Tədbir iştirakçıları mərkəzin açılışı şərəfinə qırmızı lenti kəsiblər.
Daha sonra “Türkiyə–Azərbaycan–ŞKTC əlaqələrinin gələcəyi” mövzusunda konfrans keçirilib.
XQ