Naxçıvam MR Ali Məclisinin komitə iclası

post-img

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Humanitar siyasət komitəsinin iclasında muxtar respublika Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabat müzakirə edilib.

Nazirlər Kabinetinin aparat rəhbəri Aləm Bağırov, humanitar və sosial məsələlər şöbəsinin müdiri Sevinc Cabbarova layihə barədə məlumat veriblər.

Müzakirələrdə komitənin sədri Elman Cəfərli, sədr müavini Hü­seyn Niftəliyev, üzvləri Ehtimad Məmmədov, Əmir Babayev, Asim Əli­yev, Vüsalə Əliyeva, Həbibə Allahverdiyeva, Turan Həsənova və Ali Məclis aparatının iqtisadi məsələlər şöbəsinin müdiri Nihad Möhbalı­yev Nazirlər Kabinetinin hesabatının ilk dəfə Ali Məclisin komitələrin­də müzakirəyə çıxarılmasını yüksək qiymətləndirib, rəy və təkliflərini söyləyiblər.

Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabat irad və təkliflər nəzərə alınmaqla Naxçıvan MR Ali Məclisinin müzakirə­sinə tövsiyə olunub.

XQ

Son xəbərlər