Görkəmli oftalmoloq İrpendə anıldı

post-img

Ukraynanın İrpen şəhərində Azərbaycanın görkəmli elm xadimi, oftalmoloq-alim, akademik Zərifə Əliyevanın vəfatının ildönümü ilə bağlı anım tədbiri keçirilib.

Tədbirdə Azərbaycanın Ukraynada­kı səfiri Seymur Mərdəliyev, Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev, İr­pen şəhərinin meri Oleksandr Markuşin, SOCAR-ın Ukraynadakı nümayəndəliyinin rəhbəri Elçin Məmmədov, Zərifə Əliyeva adına 12 saylı orta məktəbin kollektivi, ic­timaiyyətin nümayuəndələri və media təm­silçiləri iştirak ediblər.

Əvvəlcə akademik Zərifə Əliyevanın İrpen şəhərindəki büstü önünə tər çiçək­lər düzülüb, əziz xatirəsinə ehtiram ifadə olunub.

Akademik Zərifə Əliyeva adına 12 saylı humanitar “Linqvist” liseyinin direktoru Va­lentina Antonenko çıxış edərək bildirib ki, hər il olduğu kimi, bu gün də Zərifə Əliye­vanın xatirəsi ehtiramla anılır.

“Mən çox xoşbəxt insanam ki, daim qəl­bimdə Azərbaycan, Bakı, Naxçıvan, Şah­taxtı sevgisi var. Azərbaycanın görkəmli qızı Zərifə Əliyeva həm də Ümummilli Lider Heydər Əliyevin silahdaşı və etibar­lı dostu, bu ölkəyə Lider, Prezident bəxş edən gözəl anadır”, – deyə Valentina Anto­nenko əlavə edib.

Sonra məktəbin şagirdləri Azərbaycan dilində dostluq şüarları, “Azərbaycan” şei­rini səsləndiriblər.

Anım tədbirində çıxış edənlər Zərifə Əliyevanın zəngin həyatından və fəaliyyə­tindən danışıblar.

Daha sonra qonaqlar Zərifə Əliyeva adına 12 saylı orta məktəbə gedərək aka­demikin adını daşıyan muzeylə tanış olub­lar.

İrpen şəhərinin meri Oleksandr Mar­kuşin bildirib ki, Zərifə Əliyevə insanlara kömək edən, işıq verən parlaq, əziz in­san olub. O, dünyada tanınmış oftalmoloq olub. İrpendə hər zaman olduğu kimi, bu gün də görkəmli oftalmoloq-alimin xatirəsi böyük hörmətlə anıldı.

XQ



Son xəbərlər