Zərifə Əliyevanın xatirəsi yad edilib

post-img

Aprelin 15-də AMEA-nın prezidenti akademik İsa Həbibbəyli və vitse-prezidenti akademik İradə Hüseynova ulu öndər Heydər Əliyevin ömür-gün yoldaşı, görkəmli oftalmoloq alim, Azərbaycan Respublikasının Əməkdar elm xadimi, akademik Zərifə xanım Əliyevanın anım günü ilə bağlı Fəxri xiyabanda onun məzarını ziyarət ediblər.

AMEA rəhbərliyi ümummilli li­der, görkəmli dövlət xadimi Heydər Əliyevin və akademik Zərifə xanım Əliyevanın məzarları önünə gül dəstələri düzüb, əziz xatirələrini də­rin ehtiramla yad ediblər.

Qabil YUSİFOĞLU,
XQ

Son xəbərlər