Əli Əsədov Nobel sülh mükafatçısı Məhəmməd Yunusu qəbul edib

post-img

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov martın 16-da Nobel sülh mükafatı laureatı Məhəmməd Yunus ilə görüşüb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən bildi­riblər ki, görüşdə XI Qlobal Bakı Forumunun önəmi vurğulanıb, çoxlu sayda ölkədən dövlət və hökumət başçılarının, tanınmış siyasi və ictimai xadimlərin bu tədbirdə iştirakı onun nüfuzunun göstəricisi kimi dəyərləndirilib.

Söhbət zamanı Azərbaycanın müstəqillik döv­ründə qazandığı nailiyyətlər və dinamik inkişaf yolu barədə məlumat verilib. Ölkəmizdə bütün istiqamət­lərdə, xüsusilə iqtisadi sahədə aparılan genişmiq­yaslı islahatların müsbət nəticələr verdiyi vurğulanıb.

Görüşdə Nobel sülh mükafatı laureatı Məhəm­məd Yunusun dünya miqyasında yoxsulluğa qarşı mübarizədə uzunmüddətli səmərəli fəaliyyəti yüksək qiymətləndirilib.

Son xəbərlər