Binəqədidə 51 narkoticarətçi saxlanıb

post-img

Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən profilaktik tədbirlər zamanı Biləcəri və Xocəsən qəsəbələri ərazilərindən 2 ədəd “Kalaşnikov” avtomatı, 59 ədəd patron və 2 ədəd patron darağı aşkar olunaraq götürülüb. Məlumatı DİN mətbuat xidməti yayıb. 

Həmçinin, İdarə əməkdaşları tərəfindən fevral ayının əvvəlindən bu günə qədər keçirilən əməliyyatlar zamanı Binəqədi rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edən ümumilikdə 51 nəfər saxlanılıb. Həmin şəxslərdən 7 kiloqram müxtəlif növ narkotik vasitə və psixotrop maddə aşkar edilib. Qeyd edilən dövrdə vətəndaşlarla aparılaran profilaktik söhbətlər zamanı 13 ədəd odlu silah və 3600 ədəd patron polis əməkdaşlarına könüllü təhvil verilib.

 

P.ƏMİRCANOV

XQ

Son xəbərlər