Baş nazir Dünya Bankının vitse-prezidenti ilə görüşüb

post-img

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov martın 7-də Dünya Bankının Avropa və Mərkəzi Asiya regionu üzrə vitse-prezidenti Antonella Bassaninin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə Azərbaycan ilə Dünya Bankı arasında uzunmüddətli səmərəli tərəf­daşlığın mövcud olduğu bildirilib. Ötən müddət ərzində müxtəlif sahələri əhatə edən birgə layihələrin uğurla həyata ke­çirilməsindən məmnunluq ifadə olunub.

Baş nazir Azərbaycanda dayanıqlı və rəqabətqabiliyyətli iqtisadiyyatın təmin edilməsi, sahibkarlıq fəaliyyətinin stimul­laşdırılması, qeyri-neft iqtisadiyyatının in­kişaf etdirilməsi, məşğulluğun artırılması istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib.

Eyni zamanda, Azərbaycanın yaşıl enerjiyə keçid strategiyası, həyata keçi­rilən enerji səmərəliliyi və bərpaolunan enerji layihələri, ölkəmizin iqlim dəyiş­mələrinin fəsadlarına qarşı mübarizəyə verdiyi töhfəsi haqqında söhbət açılıb. 

Görüşdə Azərbaycan ilə Dünya Bankı arasında bir çox istiqamətlərdə tərəfdaş­lığın perspektivləri, əməkdaşlıq gündə­liyində duran prioritet layihələrin icrası, Dünya Bankının yeni Ölkə Tərəfdaşlıq Çərçivəsinin hazırlanması, habelə cari ildə ölkəmizdə keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiya­sının Tərəflər Konfransının 29-cu sessi­yası (COP29) çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunub.

Son xəbərlər