Əmək münasibətləri tənzimlənir

post-img

Prezident İlham Əliyevin 2017-ci il 17 mart tarixli Sərəncamı ilə yaradılmış Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının növbəti iclası keçirilib.

Iclasda dövlət başçısının Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respubli­kasında qeyri-formal məşğulluğun qarşı­sının alınmasına dair Tədbirlər Planı” çər­çivəsində ötən il ərzində görülmüş işlər, əldə edilmiş nəticələr və qarşıda duran vəzifələr müzakirə edilib.

Baş nazirin müavini, Əmək Münasi­bətlərinin Tənzimlənməsi və Koordinasi­yası Komissiyasının sədri Əli Əhmədov 2023-cü il ərzində qeyri-formal məşğul­luğun qarşısının alınması sahəsində gö­rülmüş işlər və əldə edilmiş nailiyyətlər barədə ətraflı məlumat verib. 

Komissiyanın fəaliyyəti dövründə əmək müqaviləsi bildirişlərinin sayında 41,8 faiz, fiziki şəxs fərdi sahibkarların sayında 66,4 faiz, sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbz əldə etmiş sabit vergi ödəyicilərinin sayında isə 7,5 dəfədən çox artımın qey­də alındığı vurğulanıb. 

“Azərbaycan Respublikasında qey­ri-formal məşğulluğun qarşısının alın­masına dair Tədbirlər Planı”nın icrası ilə əlaqədar təqdim ediləcək hesabatın la­yihəsi müzakirə olunaraq qəbul edilib.

Son xəbərlər