Mərkəzi Seçki Komissiyasının iclası

post-img

Məzahir Pənahovun sədrliyi ilə martın 7-də Mərkəzi Seçki Komissiyasının iclası keçirilib. 

MSK-dan bildiriblər ki, əvvəlcə Ko­missiyanın fevralın 1-də, 5-də və 11-də keçirilmiş iclaslarının protokolları təsdiq edilib.

Sonra bəzi seçki dairələri üzrə dairə seçki komissiyalarının tərkibində dəyişik­liklər olunması məsələsinə baxılıb. 

Aparılan müzakirələrdən sonra 65 saylı Salyan-Biləsuvar-Neftçala, 77 saylı Lənkəran şəhər və 81 saylı İmişli seçki dairələri dairə seçki komissiyalarının tər­kibində dəyişikliklər edilib.

Media nümayəndələrinin iştirak et­dikləri iclasda, həmçinin cari məsələlərə baxılıb. 

XQ

Son xəbərlər