Sərhəddə Azərbaycan – Ermənistan delimitasiya komissiyalarının növbəti görüşü

post-img

Martın 7-də Azərbaycan ilə Ermənistan arasında sərhəddə Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayevin və Ermənistanın baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi ilə iki ölkə arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının, həmçinin Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın yeddinci görüşü keçirilib.

Görüşdə tərəflər delimitasiya məsələləri üzrə fikir mübadiləsi aparıb, Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının, həmçinin iki ölkə arasında dövlət sərhədinin de­limitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın birgə fəaliyyəti haqqında Əsasnamə layihə­sinin razılaşdırılmasına başlayıb, ha­belə delimitasiya işlərinin görülməsinin qaydası üzrə müvafiq təlimatların la­yihələrini müzakirə ediblər.

Tərəflər komissiyaların birgə fəa­liyyəti haqqında Əsasnamə layihəsi­nin razılaşdırmasını ən qısa zamanda başa çatdırmaq barədə sövdələşiblər.

Onlar, həmçinin komissiyaların növbəti görüşünün keçirilməsinin tarixi və yerini işçi qaydada müəyyən etmək barədə razılığa gəliblər.

XQ

Son xəbərlər