Ermənistan: siyasi dalanda yeni konstitusiya axtarışları

post-img

III MƏQALƏ

Birinci etiraf: millətsevərliklə etnomərkəzçiliyin fərqi işığında

Ermənilər millətsevər deyillər, et­nomərkəzçilərdir. “Etnomərkəzliçik” qədim yunan dilindən təcümədə “xalqın mərkəz olduğuna fokuslanmaq” anla­mını verir. Bu, elə bir dünyagörüşüdür ki, öz mədəniyyəti nümunəsində başqa mədəniyyətlərin insanları haqqında mühakimə yürüdülür. Konkret olaraq, öz etnik mənsubluğunun müstəsnalı­ğı duyğusu prizmasında başqalarının həyatı, ənənəsi və dəyərləri haqqın­da mövqe formalaşdırılır. Bu zaman, etnomərkəzçinin dayanıqlı identikliyi olmalıdır. Ancaq etnomərkəzçi üçün öz identikliyinin dayanıqlığı mütləq həqiqətdir, başqalarının identikliyi isə nisbidir. Bununla yanaşı, etnomərkəzçi başqalarının identikliyini aşağılaya bilir, onun dəyişməsini tələb edir və bunun üçün ən radikal addımlar belə atmağa hazırdır. Çünki onun üçün “dünyanın mərkəzi” öz etnik qrupudur.

1906-cı ildə E.Samner “et­nomərkəzçi” terminini leksikona daxil edəndə izah etmişdi ki, etnomərkəzçi üçün öz qrupu “hər şeyin mərkəzində” olur, digərləri bu mövqedən qiymətlən­dirilir. 

Məsələ bununla məhdudlaşmır. Etnomərkəzçi bu baxışlarını ideoloji səviyyəyə transfer edəndə radikalçı, terrorçu, başqalarını qəbul etməyən, özündənrazı və riyakar bir insan tipinə çevrilir. Bu proses kütləvi hal alıb, bü­tövlükdə, toplumu əhatə edirsə, etnik qrupun (və ya xalqın) dünyaya baxışı yanlış olur, ətrafa şizofrenik münasıbət formalaşır. Erməniləri yaxından tanı­yanlar bütün bunların onlara xas oldu­ğunu dərhal qəbul edirlər. 

Tarixi təcrübə göstərir ki, erməni milliyyətçisi millətsevər ola bilmir, la­kin qatı etnomərkəzçi ola bilir. Bunu məhz ermənilərin qonşu xalqlara və onların mədəniyyətlərinə münasibəti sübut edir. Məsələ ondan ibarətdir ki, əsl millətsevər başqa millətlərə nifrət edə bilməz, onlara yuxarıdan aşağı baxmaz, günahsız insanlara qarşı ter­ror törədə bilməz. Çünki millətsevər, ümumiyyətlə, “millət” anlayışını sevir. Millətin və ya xalqın nə demək olduğu­nu dərk edir. Bunun fonunda əgər öz xalqını, etnik qrupunu və ya daha yük­sək birgəyaşam forması kimi millətini sevirsə, başqalarına sayğılı münasibət göstərər. 

Rusiyada aparılmış bir sosioloji araşdırmada tədqiqatçılar bu baxım­dan maraqlı nəticə alıblar. Onlar Mosk­vada yaşayan miqrantlardan yalnız öz tarixini yaxşı bilənlərin, mənsub olduğu xalqı dərindən sevib, ona hörmət edən­lərin yad mühitə daha tez uyğunlaşdı­ğını aşkar ediblər. Və azərbaycanlılar bu siyahıda ilk sırada olanlardandır. Çünki azərbaycanlı millətsevərdir, et­nomərkəzçi deyil. O, ümumiyyətlə, xalq və millətin nə demək olduğunu Qafqazda ən yaxşı anlayandır!

Tarixə baxanda görürük ki, ermə­nilər, adətən, kənar təsirlər sayəsində özlərinin müstəsnalığı xəstəliyinə tu­tulmuşlar. Bəzi ermənilər hətta İusus Xristosun (İsa peyğəmbərin) də erməni olduğu fikrindədirlər. Bu düşüncə ilə onlar Ağrı dağını gerblərində Ermə­nistanın rəmzi kimi vermişlər. Onlara elə gəlir ki, dağ da etnik mənsubluq kateqoriyasına aid olan gerçəklik­dir. Bir qədər də dərinə gedirlər: Nuh Peyğəmbər də ya ermənidir, ya da ona dua oxuyan, tərənnüm edəndir! 

İndi N.Paşinyan nə özünü, nə də erməniləri bu miflərə uymaqla böyük tarixi səhv etdiklərinə inandıra bilmir. Hər halda bu vəziyyətin dəyişməsi üçün cəhdlər göstərir. Həmişə olduğu kimi isə yanlış yerdən başlayır. Çün­ki konstitusiyadan hər hansı rəmzi və ya müddəanı silə, mətndən çıxara bilərsən, lakin insanların şüurunda və psixologiyasında əsrlərlə formalaşdırıl­mış xəstə təxəyyülü bu yolla çıxara bil­məzsən. Buna görə də ermənilər öncə özlərini dəyişməli, sonra konstitusiya­larına baxmalıdırlar. Hazırda Ermənis­tanda meydana gəlmiş siyasi böhranın kökündə bu ziddiyyət dayanır. 

Onların Azərbaycana qarşı olan münasibətin tarixi qənaətimizi tam təsdiq edə bilir. Erməniyə elə gəlir ki, hər cəhətdən türkdən, o cümlədən azərbaycanlıdan üstündür. Bu əsasda etnomərkəzçi kimi azərbaycanlılara nifrət edir. Nifrət erməni mənəviyyatını və psixologiyasını deqradasiyaya uğ­radır, onu bir varlıq kimi məhv edir. Din­də və elmdə deyildiyi kimi, nifrət hər bir insanın ilk növbədə özünü məhv edir. Məsələn, K.Q.Yunq, Z.Freyd, Q.D.Las­suel və başqa psixoloqlar bu barədə fikir bildirmişlər. Onlar insanın özünü daxili psixoloji dinamikada yaratdığına inanırdılar. Məsələn, K.Q.Yunq hesab edirdi ki, insan ətraf mühitin qavramına yönəlmiş insan canatması (ekstravert istiqamət) ilə özünə empatiyaya yönəl­miş (introvert istiqamət) “özünüdərkin” qarşılıqlı əlaqə dinamikasında şəxsiy­yət kimi formalaşır. Burada hər hansı təhrif insanda psixoloji qüsur yaradır. Konkret isə insan etnomərkəzçi kimi əsas olaraq “öz etnik mənsubluğu”nu bütün müqayisələrin mərkəzinə qoyan­da qaçılmaz olaraq psixoloji problemlə­ri meydana gəlir. 

Məsələn, insan narsist ola bilir. Psixologiyada “narsisizm” insanın özünəvurğunluğunu, eqosentrizmini və özünün hətta mənsub olduğu et­noqrup daxilində müstəsna olduğunu ifadə edir. Ermənilərdə toplum halda narsisizm güclüdür və təsadüfi deyildir ki, özlərinin çox qədim olması mifini uydurmuşlar. Qədimlik “ana bətninə”, “yuvaya” qayıdışın rəmzidir və psixo­logiyaya görə, bu psixoloji özəlliyə nar­sistlər daha çox sahibdirlər. 

Təbii ki, insan keçmişə xüsusi hör­mətlə yanaşmalı, ənənəni davam etdir­məlidir. Lakin bu, ifrat formada olursa, müasirlik unudulursa və ya ona keç­mişin reallıqları prizmasında baxılırsa, birtərəfli təsəvvürlər yaranır, özünün müstəsnalığı meyli formalaşır. Ermə­nilər üçün bədbəxtçilikdən avropalılar və ruslar onların bu özəlliklərini daha yaxşı bilirlər və həmin radikal təsəvvür­lərin ideoloji səviyyədə möhkəmlənmə­sinə təkan vermişlər. 

Nəticədə tarixdə “erməni milli qəh­rəmanı” obrazı və ya adı altında çox sayda başkəsən, terrorçu, radikal da­ğıdıcı, özünü hər kəsdən üstün tutan riyakar və qəddar nümunələr meydana gəlmişdir. Buna görədir ki, indiki mər­hələdə belə adi erməni şüurunda türkə nifrət edən terrorçu həm də “milli qəh­rəman”dır. 

Məsələn, Nijde! Bu, on minlərlə zəngəzurluya qarşı terror etmiş, onla­rı yurdlarından amansızcasına və iş­gəncə ilə deportasiya etmiş qatı faşist və terrorçuya qəhrəman kimi heykəl qoyanların adı nədir? Milli qəhrəman erməni təsəvvüründə millətinə müsbət xidmət edən deyildir, türk və müsəlma­na daha çox nifrət edən, kütləvi qətllər törədən, vəhşiliyin bütün üsullarına bələd olan terrorçudur! 

İndi bu avropalılar və farslar papaq­larını qabaqlarına qoyub fikirləşsinlər: qonşu xalqa bu cür yanaşan topluma necə haqq qazandırmaq və ya etibar etmək olar? Şübhə etmirəm ki, ermə­nilərə nə avropalılar, nə farslar, nə də ruslar etibar edirlər. Bunların hər biri sadəcə erməni xislətini bilərək, ondan istifadə edir və lazım olmayanda kəna­ra atırlar! Lakin ermənilərin özləri bunu bilmirlər! 

Sonra, konstitusiya və Qarabağ­da müharibədə məğlubiyyətlə bağlı müzakirələrdə müşahidə edilən siyasi böhranın yaranmasında bu gerçəkliyin əsas rolu vardır. Erməninin fərdi şüuru gerçəkliyi görür, baxır ki, biabırcasına uduzmuşdr, lakin bu vəziyyəti kollektiv halda obyektiv qiymətləndirməyə et­nomərkəzçiliyi, psixoloji natamamlığı və özü haqqında əsrlərdir formalaşdı­rılmış qədimlik, mədənilik və müstəs­nalıq xülyaları ona mane olur! Bu bəla­dan xilas olmaq üçün ilk olaraq, adam kimi Azərbaycanın qalib gəldiyini qəbul etmək zəruridir. Bu etirafı etməsələr, praktiki həyatda ona əməl etməsələr, ermənilərin nə xalq, nə də dövlət kimi gələcəyi yoxdur. 

Ola bilər ki, etiraflar gerbdə, bay­raqda, konstitusiyada, müstəqillik aktında bir sıra müddəaları, rəmzləri dəyişməklə müşayiət olunsun. Bunun da önəmi vardır. Lakin bütün hallarda daim uğur qazanmaq və bütövlükdə, erməni xalqının xilası üçün Azərbay­canın qalibiyyətini tam olaraq qəbul etmək gərəkdir! Görmək lazımdır ki, Azərbaycan xalqı bu regionun ən güc­lü dövlətçiliynə, mədəniyyətinə, pozitiv psixoloji faktorlarına və sarsılmaz ira­dəyə malik, gələcəyini aydın görən lide­rinə sahibdir. Ona görə də Azərbaycan və azərbaycanlılara yuxarıdan aşağı baxmaq yox, həmişə barışçıl, yardım edən, çətinə düşmüş qonşularına yar­dım əlini uzadan humanist xarakterli müasir xalq kimi baxmaq lazımdır. Təc­rübə üçün Gürcüstan xalqına müraciət edə bilərlər. Bir dönəmdə Azərbaycan Gürcüstan dövləti və cəmiyyətini məhv olmaqdan xilas etdi. Ermənilər müra­ciət etsələr, gürcülər bunun nə demək olduğunu onlara anladarlar. 

Birinci etirafın izahı hansı gerçə­kiliyi ortaya qoyur? Hər şeydən öncə, Ermənistan rəhbərliyinin konstitusiya­nı dəyişmək cəhdi müsbət haldır. An­caq bunu cəmiyyətdə həyata keçirilən real islahatlar fonunda etmək lazımdır. Konkret olaraq, Ermənistan insanların şüurlarında və psixologiyasında əsr­lərdir yer almış xəstə təsəvvürlərdən təmizlənməlidir. O cümlədən, azər­baycanlıların (türklərin) düşmən obrazı dağıdılmalıdır. “Soyqırımı” nağılına son qoymaq gərəkdir. Bütün dövlət rəmzlə­rindən Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarını əks etdirən məqamlar əbədi çıxarılmalıdır. 

Deməli, birinci etiraf göstərir ki, Er­mənistanda böhranın syasi dalana çev­rilməsinin dərin kökləri vardır və onlar cəmiyyətdaxili sosial-psixoloji faktor­lardan qaynaqlanır. Ermənistan hüquqi dəyişiklikdən öncə mənəvi-psixoloji və şüuri dəyişikliyə getməlidir. Bu etirafın üzərində geosiyasi və siyasi-ideoloji səviyyədə özünü göstərən ikinci və üçüncü etiraflar edilməlidir. 

Burada onu vurğulayaq ki, Azər­baycanın Qələbəsinin erməni et­nomərkəzçiliyi kontekstində etirafı ilə siyasi ideoloji səviyyədə ediləcək etiraf arasında funksional fərqlər vardır. Əgər birinci etiraf, ümumiyyətlə, ermənilərin mənəvi, əxlaqi və psixoloji özəlliklərini konstruktiv yönə istiqamətləndirməklə bağlıdırsa və bu anlamda daha çox toplumsal xarakterlidirsə, siyasi-ideolo­ji səviyyədə etiraf cəmiyyətin idarə edil­məsi və dövlətlərarası münasibətlərin formalaşdırılması ilə əlaqəlidir. Bu sə­bəbdən, ona ayrıca baxmaq lazımdır.

Beləliklə, birinci etiraf digərləri üçün mənəvi, psixoloji və müəyyən mənada tarixi baza rolunu oynayır.

(ardı var)

Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru

Siyasət