Naxçıvanda 8 Mart təntənəsi

post-img

Dünən Naxçıvanda 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə təntənəli toplantı keçirilib. 

Muxtar Respublika Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkil etdiyi mərasimin əvvəlində Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayən­dəsi Fuad Nəcəfli və iştirakçılar istedadlı qadınların rəsm və əl iş­lərindən, ailə təsərrüfatı məhsulla­rından, eləcə də qadın müəlliflərin kitablarından ibarət sərgiyə baxıb­lar. Məclisdə Naxçıvan Televiziya­sının hazırladığı “Naxçıvan Muxtar Respublikası – 100: Azərbaycanın inkişafında qadınların rolu” filmi nümayiş etdirilib.

Toplantıda Fuad Nəcəfli ölkə­mizdə həyata keçirilən dövlət qadın siyasətinin uğurlarından söz açaraq muxtar respublika qadınlarını bey­nəlxalq bayram münasibətilə təbrik edib, onlara yeni müvəffəqiyyətlər arzulayıb. Qadın əməyini müstəqil Azərbaycanın yumşaq gücü adlan­dıran natiq Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbər­liyi ilə xalqımızın milli dəyərlərinin, adət-ənənələrinin dünya miqyasında təbliği, qorunması və inkişaf etdiril­məsi istiqamətində görülən çoxsaylı tədbirlərdən söz açıb.

Naxçıvan Muxtar Respublika­sı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ra­milə Seyidova qeyd edib ki, bu gün dövlət qadın və gender siyasəti Nax­çıvan Muxtar Respublikasında da uğurla həyata keçirilir. O, qadınlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdar­lığını bildirib.

Sonra muxtar respublikanın icti­mai-siyasi həyatında fəal iştirak edən bir qrup qadına müxtəlif nominasiya­lar üzrə diplomlar təqdim olunub.

Mərasim bədii hissə ilə davam edib. 

XQ

Son xəbərlər