Minaaxtaran qadınların bayram şənliyi

post-img

Martın 7-də Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) Tərtər Regional Peşə Təlim Mərkəzində 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə qadınlardan ibarət minatəmizləmə qrupu üzvlərinin iştirakı ilə bayram şənliyi keçirilib. 

Mərasimi giriş sözü ilə açan BAMF sədri Umud Mirzəyev Vətən torpaqlarını ölümsaçan minalardan təmizləyən cəsur qadınları 8 Mart münasibəti ilə təbrik edib. O bildi­rib ki, qadınlarımız Böyük Qayıdış prosesinə layiqli dəstək göstərir, bərpa-quruculuq meydanlarında əz­mkarlıqla çalışırlar. Minaaxtaran qadınların fədakarlığı isə bütün ölkə­mizi heyran qoyub. Onların çoxu məcburi köçkün, ürəklərində yurd sevgisi olan insanlardır.

Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov da minaaxtaran xanımları qadınlar günü münasibə­tilə təbrik edib.

XQ

Son xəbərlər