Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, Milli Məclisin deputatı Novruz Aslanov və AzQAC-ın rəhbər işçi heyəti Xankəndidə yaşayan erməniəsilli sakinləri ziyarət ediblər.
Ziyarət zamanı onlarla müvafiq söhbətlər aparılıb, həmçinin ərzaq və gigiyenik dəstlər təqdim olunub. Novruz Aslanov bu cür görüşlərin davamlı keçiriləcəyini, onların həmişə diqqət mərkəzində olduqlarını vurğulayıb.
Erməniəsilli sakinlər humanitar yardımla bağlı AzQAC-ın əməkdaşlarına təşəkkürlərini bildiriblər.
XQ