Azərbaycan və Rusiya baş nazirlərinin görüşü

post-img

Martın 5-də Bakıda Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ilə ölkəmizdə səfərdə olan Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin arasında görüş keçirilib. 

Nazirlər Kabinetinin mətbuat xidmə­tindən bildiriblər ki, hökumət başçıları əvvəlcə təkbətək formatda görüşüblər. Sonra iki ölkənin nümayəndə heyətləri­nin iştirakı ilə geniş tərkibdə görüş olub. 

Görüşdə tərəflər Azərbaycan–Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələr­də yüksək səviyyədə olduğunu bildirib, ikitərəfli əlaqələrin dinamik inkişafının iki ölkənin prezidentlərinin sıx təmasları­nın və birgə səylərinin nəticəsi olduğunu qeyd ediblər. 

Hökumət başçıları iqtisadi-tica­ri və investisiya əməkdaşlığının aktual məsələlərini müzakirə ediblər. Dövlət başçılarının razılaşmalarına və tapşırıq­larına uyğun olaraq energetika, sənaye, nəqliyyat, aqrar və mədəni-humanitar sahələrdə birgə layihələrin həyata keçi­rilməsinə xüsusi diqqət yetirilib. 

İqtisadi-ticari əməkdaşlığın ardıcıl in­kişafının əhəmiyyətini vurğulayan tərəf­lər 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həc­mində rekord səviyyəsindən məmnun­luqlarını ifadə ediblər. Həmçinin əmtəə dövriyyəsinin artım trendinə dəstək göstəriləcəyinə əminlik bildirilib. 

Hökumət başçıları qarşılıqlı investi­siya fəaliyyətinin genişləndiyini vurğu­layıb, prioritet sərmayə layihələri üzrə əməkdaşlığın davam etdirilməsinə qarşı­lıqlı marağı təsdiqləyiblər. 

Sənaye kooperasiyası, o cümlədən Azərbaycanda yük, kommersiya avto­mobillərinin istehsalı və yığılması, əcza­çılıq preparatlarının istehsalı üzrə birgə layihələrin uğurla həyata keçirilməsinin yüksək dinamikası vurğulanıb. 

Nəqliyyat-tranzit sahəsi Azərbay­can-Rusiya əməkdaşlığının əsas is­tiqaməti kimi qiymətləndirilib. Diqqətə çatdırılıb ki, 2023-cü ilin yekunlarına görə Azərbaycan ilə Rusiya arasında yükdaşımaların həcmi 11 faizdən çox ar­tıb. 

Tərəflər Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin əhəmiyyətini vur­ğulayıb, bu dəhlizin tam gücünə çatdırıl­ması üzrə birgə səyləri alqışlayıblar. Bu­nunla əlaqədar avtomobil və dəmir yolları infrastrukturunun təkmilləşdirilməsinin, dövlət sərhədindən keçid məntəqələrinin inkişafı üzrə aparılan sinxron işin əhə­miyyəti qeyd olunub. 

Mədəni-humanitar əməkdaşlığın ənənəvi yüksək səviyyəsindən məm­nunluq ifadə edilib. Tərəflər gələcəkdə də mədəniyyət, elm və gənclər arasında mübadilənin, həmçinin təhsil sahəsində qarşılıqlı fəaliyyətin inkişafının zərurili­yini bildiriblər. 

Tərəflər, həmçinin regionlararası qarşılıqlı fəaliyyətin genişləndirilməsini alqışlayıblar. Qeyd olunub ki, Stavropol diyarında 12-ci Azərbaycan–Rusiya regi­onlararası forumunun uğurla keçirilməsi bunun bariz nümunəsidir. 

Əli Əsədov və Mixail Mişustin qar­şılıqlı faydalı əməkdaşlığın inkişaf pers­pektivlərini müzakirə edib, Azərbaycan və Rusiya üçün qarşılıqlı maraq doğuran bütün aktual məsələlər üzrə fəal birgə iş aparılmasına hazır olduqlarını təsdiqlə­yiblər. 

Görüşün yekunu olaraq turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusi­ya dövlət sərhədindən keçid məntəqələri­nin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər im­zalanıb.

XQ

Son xəbərlər