Çində istehsal olunan hava taksisi “Prosperity” ilk uçuşunu uğurla həyata keçirib. “Auto-Flight” şirkəti tərəfindən qısa məsafələrə sərnişin daşımaları üçün hazırlanmış elektrik təyyarəsinin sınaq uçuşunda avtomobillə 3 saat davam edən səyahət, təxminən, 20 dəqiqəyə tamamlanıb.
Çinin cənubundakı Guangdong əyalətində sınaq prosesində “Prosperity” Şenzen və Zhuai şəhərləri arasında səyahət edib. Məlumata görə, taksi pilot da daxil olmaqla, 5 nəfəri maksimum 250 kilometr məsafəyə daşıya və saatda 200 kilometr sürətə çata bilir. Nəqliyyat vasitəsinin xüsusilə şəhərdaxili və bir-birinə yaxın şəhərlər arasında geniş şəkildə istifadə ediləcəyi qeyd olunur.
“AutoFlight” bildirir ki, hava taksisi iki il ərzində bütün lazımi sertifikatlara sahib olacaq. Çin dünyada avtonom hava taksilərindən istifadəni təsdiqləyən ilk ölkə olub.
XQ