“Deutsche” telekommunikasiya şirkəti “Tele2” adlı mobil şəbəkə operatoru ilə birgə yeni SIM-kart formatını təqdim edib. “rSIM” adlanıdırılan yeni SIM-kartın əsas özəlliyi ondadır ki, bir çip tərkibində iki müxtəlif şəbəkə operatorunun nömrələrindən istifadə edə bilir. Ondan istifadə üçün isə, sadəcə, bir SIM-kart girişi kifayət edir.
“rSIM”ın yaddaşında iki şəbəkə operatorunun modulu mövcud olduğundan onlardan biri əsas hesab edilir. Əsas modulun şəbəkəsində nasazlıqların baş verdiyi halda avtomatik olaraq ikinci modula keçid reallaşacaq.
Şirkətin məlumatında qeyd edilib ki, yeni SIM-kart formatı sadə düyməli mobil telefonlarda və smartfonlarda dəstəklənir.
Rizvan FİKRƏTOĞLU
XQ