Mart gəldi – dərd gəlməsin!

post-img

Bu fotonu özünün “Facebok” səhifəsində tanınmış jurnalist Şəmsiyyə Kərimova yerləşdirib. Şəkil bu sözlərlə müşayiət olunur: “Bu gün (artıq dünən-red) marıtn 1-dir. Gözlədiyimiz yazın başlanğıc ayı gəldi. Xoş gəldi! Ümid edirəm ki, bütün çətinlikləri yenər, bol ruzi-bərəkətli, sağlıqlı, hüzurlu bir ay olar. Mart həm də bayramlar ayıdır. İnsanların əhval-ruhiyyəsi, niyyətləri, arzuları yenilənsin, hər kəsin süfrəsi bol və açıq olsun. Amin. Gözəlliklə dolu bir ay olsun”.

Xalqda deyirlər: mart çıxdı, dərd çıxdı – yəni bu ay həm də azar-bezarı aparır. Biz isə deyirik: mart gəldi – dərd gəl­məsin! Xoş arzu və niyyətlərlə bu paylaşımı və gözəl təbiət mənzərəsini əks etdirən fotonu hörmətli oxucuların diqqə­tinə təqdim edirik. 

M.HACIXANLI
XQ

Sosial həyat