Serbiya parlamenti sədrinin müavini: Azərbaycanda seçkilər demokratik prinsiplərə uyğun keçirilib

post-img

Fevralın 8-də Milli Məclisin ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Azay Quliyev növbədənkənar prezident seçkilərini müşahidə etmək üçün ölkəmizdə səfərdə olan Serbiya Respublikası parlamenti sədrinin müavini Sandra Boziçin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən XQ-ə verilən məlumata görə, söhbət zamanı Azay Quliyev Azərbaycanın Serbiya ilə əlaqələrin hərtərəfli inkişafında maraqlı olduğunu bildirib. O, beynəlxalq təşkilatlarda əməkdaşlığın əhəmiyyəti və parlament diplomatiyasının vacibliyi barədə fikirlərini bölüşüb.

Ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq əlaqələrindən bəhs edən xanım Boziç Azərbaycanda seçkilərin demokratik prinsiplərə və qanuna uyğun şəkildə keçirilməsini görməkdən çox məmnun olduğunu, Xankəndidə və Şuşada prosesi izlədiklərini qeyd edib.

Görüşdə iştirak edən Azərbaycan-Serbiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Məlahət İbrahimqızı, deputat Nurlan Həsənov ölkələrimiz arasında əməkdaşlığın perspektivləri barədə danışıblar.

Son xəbərlər