Bloomberg: Aİ Rusiyadan 55 şirkət və 60 fiziki şəxsə qarşı sanksiya tətbiq etməyi təklif edib

post-img

Avropa İttifaqı Ukraynada hərbi əməliyyatların başlanmasının ikinci ildönümü üçün hazırlanan yeni sanksiyalar paketinin bir hissəsi olaraq təxminən 55 Rusiya şirkəti və 60-dan çox fiziki şəxsə məhdudiyyətlər tətbiq etməyi təklif edib. Bu barədə "Bloomberg" xəbər verib.

Sənədə əsasən, məhdudiyyətlər silah istehsalı və Rusiya müdafiə sənayesində istifadə olunan texnologiyalar və elektronikanın tədarükü ilə məşğul olan şirkətlərə və şəxslərə şamil ediləcək. Sanksiyalar gəmiçilik şirkətlərinə də təsir edəcək.

"Bloomberg" yazır ki, Tula vilayətinin qubernatoru Aleksey Dyumin, eləcə də bir neçə hərbi məmur və şirkət direktorları məhdudiyyətlərə məruz qalacaqlar. Siyahılar, agentliyin aydınlaşdırdığı kimi, təsdiq zamanı dəyişə bilər.

Yanvarın 4-də "Reuters" xəbər verdi ki, Avropa Komissiyası 13-cü sanksiya paketinə malların idxalına yeni qadağalar daxil etməyəcək. Agentliyin məlumatına görə, paketə fevralın 24-dək sənədi qəbul etmək üçün Avropa İttifaqı üzvləri arasında minimal mübahisələrə səbəb olacaq tədbirlər daxil ediləcək. Eyni tarixə qədər Aİ Rusiya Bankının dondurulmuş aktivlərinin geri alınması məsələsini həll etmək niyyətindədir.

S.ELAY

XQ

Dünya