Azərbaycan yığmasının rəqibləri bəlli olub

post-img

UEFA Millətlər Liqasında 2024-2025-ci illər mövsümünün püşkü atılıb.

Fransanın paytaxtı Parisdə keçirilən mərasimdə Azərbaycan milli komandasının da rəqibləri müəyyənləşib.

Yeni mövsümdə də C Liqasında mübarizə aparacaq yığma püşkatmaya 3-cü səbətdən qoşulub.

Hazırda baş məşqçisiz olan milli komanda İsveç, Slovakiya və Estoniya seçmələri ilə birlikdə 1-ci qrupda mübarizə aparacaq.

Qeyd edək ki, UEFA Millətlər Liqasında qrup mərhələsinin oyun günləri 5-7, 8-10 sentyabr, 10-12, 13-15 oktyabr, 14-16 və 17-19 noyabrdır.

İdman