Mətbuat Şurasında səfirlə görüş

post-img

Dünən Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı səfiri İssam bin Saleh əl-Cuteyli Azərbaycan Mətbuat Şurasında olub. 

Qonağı salamlayan AMŞ sədri Rəşad Məcid rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətləri barədə məlumat verib. O, ötən il Səudiyyə Ərəbistanında keçirilmiş media forumunu xoş duyğularla xatırla­yıb. Şura sədri Azərbaycan jurnalistləri­nin Səudiyyə Ərəbistanındakı həmkarları ilə təmaslarının güclənməsinin vacibli­yindən söz açıb. 

Səfir İssam bin Saleh əl-Cuteyli də iki ölkənin media təmsilçiləri arasında əlaqələrin genişlənməsinin xalqlarımızın bir-birinə daha da yaxınlaşması baxımın­dan önəmini qeyd edib. Səfir bildirib ki, rəhbərlik etdiyi diplomatik missiya səu­diyyəli jurnalistlərin Azərbaycana səfərini təşkil etməyi nəzərdə tutur.

XQ

Son xəbərlər