Əli Əsədov Türkiyənin milli təhsil naziri ilə görüşüb

post-img

Yanvarın 31-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Türkiyə Respublikasının milli təhsil naziri Yusuf Tekin ilə görüşüb.

Görüşdə iki ölkə arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri­nin bütün sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olunub.

Təhsil sahəsinin Azərbaycan–Türkiyə əlaqələrinin vacib istiqaməti olduğu vur­ğulanıb, bu sahədə əməkdaşlığın cari və­ziyyəti və inkişaf perspektivləri müzakirə edilib. 

XQ

Son xəbərlər