Parlamentlərarası İttifaqın Baş katibi Milli Məclisdə

post-img

Milli Məclisin Sədri Sahibə Qafarova yanvarın 31-də ölkəmizdə səfərdə olan Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonq ilə görüşüb. Bu səfərin Baş katibin Azərbaycana ikinci səfəri olduğunu bildirən spiker beynəlxalq tədbirlər çərçivəsində Parlamentlərarası İttifaqın Baş katibi və prezidenti ilə müxtəlif görüşlərini xatırladıb, tərəflər arasında fəal dialoqun münasibətləri inkişaf etdirmək niyyətinin göstəricisi olduğunu diqqətə çatdırıb.

Azərbaycanın bu təşkilatla əməkdaşlı­ğa mühüm əhəmiyyət verdiyi qeyd olunaraq bildirilib ki, qısa müddət ərzində ölkə parla­mentinin beş üzvünün təşkilatın bir sıra ko­mitələrinin bürolarına və forumlarının idarə heyətinə üzv seçilməsi də bunu sübut edir. S. Qafarova Parlamentlərarası İttifaqın bütün ölkələrin rəylərinin əks olunduğu əsl dialoq platforması olduğunu qeyd edərək, təəssüflə vurğulayıb ki, bəzi beynəlxalq təşkilatlarda bu cür obyektiv münasibət və müsbət əmək­daşlıq mühiti yoxdur. O, bu mənada Avropa Şurası Parlament Assambleyasının ikili stan­dartlara söykənən fəaliyyətini tənqid edib.

Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonq yenidən ölkəmizdə olmaq­dan məmnunluğunu bildirərək, təşkilatla ölkəmiz arasında əməkdaşlığı təqdir edib. O, Baş katib kimi məqsədinin təşkilatda hər bir dövlətin səsinin eşidilməsi olduğunu qeyd edərək, Parlamentlərarası İttifaqın hansısa ölkələrin, qrupların maraqlarını əks etdirən klub olmasını istəmədiyini söyləyib.

Söhbətdə Qoşulmama Hərəkatının Par­lament Şəbəkəsi ilə Parlamentlərarası İttifaq arasında əməkdaşlığı daha da dərinləşdirmək niyyəti ifadə olunub.

Baş katib Martin Çunqonq da deyib ki, Qoşulmama Hərəkatı əvvəllər fəal olmayıb. Lakin Azərbaycanın təşkilata sədrliyi sayə­sində hərəkatın fəallığı və beynəlxalq müna­sibətlər sistemində mövqeyi güclənib.

Görüşdə İqlim dəyişmələri üzrə müm­kün əməkdaşlıq imkanları müzakirə olunub.Martin Çunqonq COP29-un 2024-cü ildə ölkəmizdə keçirilməsi ilə bağlı təbriklərini çatdırıb və Azərbaycanın bu tədbirə uğurla evsahibliyi edəcəyinə inamını ifadə edib. 

Ermənistanın müstəqil ölkə olmadığını deyən spikerin sözlərinə görə, bəzi Avropa dövlətləri Cənubi Qafqaz regionunda sülhün təmin olunmasını istəmirlər. Bu ölkələrdən biri də Fransadır. Fransa neokolonializm si­yasətini bu regiona da daşımaq istəyir.

Ə.BƏDƏLOV
XQ

Son xəbərlər