Bu gün Beynəlxalq Ozon Təbəqəsinin Qorunması Günüdür

post-img

Atmosferin stratosfer qatında yerləşən ozon təbəqəsi Günəşdən gələn zərərli ultrabənövşəyi şüaları udaraq Yerdəki canlıların sağlamlığını qoruyur. Hər il sentyabrın 16-da dünya ictimaiyyəti məhz ozon təbəqəsinin qorunmasının əhəmiyyətini xatırlayır.

Uzun illər ərzində xlor və brom tərkibli kimyəvi maddələrin istifadəsi nəticəsində ozon qatı getdikcə incəlib. Əsasən də Antarktika üzərində "ozon dəliyi" müşahidə olunub. Bu təhlükəli prosesin qarşısını almaq üçün 1985-ci ildə Vyana Konvensiyası, 1987-ci ildə isə Monreal Protokolu qəbul edilib.

Elmi araşdırmaların praktiki həllərə çevrilməsinin, hər kəsin məsuliyyətli davranışının vacibliyini xatırlatmaq məqsədilə "Elmdən qlobal fəaliyyətə" şüarı bu il günün mövzusu kimi qəbul olunub.

Ü.Qarayev
XQ

Elm