MDB müşahidə missiyası qərargahının rəhbəri seçki ilə bağlı təəssüratını açıqlayıb

post-img

“Bizim müşahidə missiyamız Azərbaycan Respublikasında yanvar ayının 17-dən etibarən işə başlayıb. Burada uzunmüddətli müşahidəçilərimiz çalışır. Uzunmüddətli müşahidə missiyası olaraq artıq Azərbaycanın 20-dən çox rayonunda səfərdə olmuşuq və seçki mühiti ilə bağlı yaxından müşahidə aparmışıq”. Secki-2024.az saytı xəbər verir ki, bunu MDB müşahidə missiyası qərargahının rəhbəri Yevgeni Kozyak deyib. 

Y.Kozyak bildirib ki, aparılan müşahidələr səsvermə gününə hazırlıq prosesinin yüksək səviyyədə olduğunu deməyə əsas verir: “Bu günə qədər apardığımız müşahidələrə əsasən 7 fevralda Azərbaycanda prezident seçkilərinin yüksək səviyyədə keçiriləcəyini deyə bilərik. Bizim 170-ə yaxın uzunmüddətli müşahidəçimiz seçki günü bir çox regionlarda olacaq və seçki prosesini yaxından izləyəcəklər. Onu da vurğulamaq istərdim ki, bu, MDB müşahidə missiyasının Azərbaycana artıq 11-ci gəlişidir”.

Son xəbərlər