MSK sədri: "İşğaldan azad olunmuş ərazilərdəki seçki məntəqələri daha abad və gözəldir"

post-img

İşğaldan azad olunmuş ərazilərdəki seçki məntəqələrinin hamısı yüksək şəraitlə təmin edilib. Secki-2024.az saytının xəbərinə görə, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib.

"Oradakı məntəqələr Azərbaycanın digər bölgələrindəki məntəqələrdən daha abad və gözəldir. Çünki azad olunmuş ərazilərdə aparılan tikinti-yenidənqurma işləri digər ərazilərdəki tikinti standartlarından da yüksəkdir", - o söyləyib.

MSK sədri söyləyib ki, 7 fevral seçkiləri suveren və bütöv Azərbaycanın ilk seçkiləridir: "Hansı ki, ilk dəfə azad olunmuş ərazilərdə seçki keçiriləcək".

Son xəbərlər