Orxan Əsgərovun məzarı ziyarət edildi

post-img

Yanvarın 27-də xarici işlər naziri Ceyhun Bayramov və nazirliyin rəhbər heyəti İkinci Şəhidlər xiyabanına gələrək Azərbaycanın Tehrandakı səfirliyinə xain terror hücumunun qarşısının alınması zamanı şəhid olan mühafizə xidmətinin rəisi Orxan Əsgərovun məzarını ziyarət edib.

Qeyd edək ki, səfirliyimizə qarşı xain hücum dünya ölkələrinin və bey­nəlxalq təşkilatların rəsmiləri, xarici işlər nazirləri, səfirlər, XİN təmsilçiləri, siyasətçilər və jurnalistlər tərəfindən qətiyyətlə pislənib və qəbuledilməz hesab olunub. Bəyanat, açıqlama və paylaşımlarda terror hadisəsinin tam araşdırılması və təqsirkarların cəzalan­dırılması tələbi ifadə edilib.

XQ

Son xəbərlər