Müharibə veteranları seçkiyə ruh yüksəkliyi ilə gedirlər

post-img

“Sıralarında 65 min üzvü birləşdirən Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi növbədənkənar prezident seçkilərində fəal iştirak edəcəklər. Bu məqsədilə bölgələrdə geniş maarifləndirmə tədbirləri həyata keçirilir. Hüquqşünas ixtisası və seçki təcrübəsi olan veteranlarımız bu işlərə xüsusi töhfələr verirlər”. 

Bun fikirləri növbədənkənar prezident seçkiləri barədə danışan AVMV İB-nin sədri, Birinci Qarabağ müharibəsi qazisi Füzuli Rzaquliyev səsləndirib. 

O, qarşıdakı Zəfər seçkisinə bö­yük fəxarət və qürur hissi ilə getdiklərini diqqətə çatdıraraq deyib ki, 2023-cü ilin sentyabrında həyata keçirilən uğurlu lokal antiterror tədbirləri həm Birinci, həm də İkinci Qarabağ müharibəsi veteranlarında xüsusi ruh yüksəkliyi yaradıb. Separatçı rejimdən tamamilə təmizlənmiş, ərazi bü­tövlüyü və suverenliyi tam bərpa edilmiş Azərbaycanın hər bir övladı bu hissi ya­şayır. Fevralın 7- də keçiriləcək növbə­dənkənar prezident seçkilərinin mühüm əhəmiyyəti bu seçkilərin otuz ildən sonra ölkəmizin bütün bölgələrində təşkil olun­masıdır.

F.Rzaquliyev təmsil olunduğu birli­yin üzvlərinin növbədənkənar prezident seçkilərinə hazırlıqda fəal iştirak etdiyini vurğulayaraq deyib ki, Vətən və torpaq uğrunda döyüşlərdə iştirak etmiş vete­ranlar xüsusi təbliğat və təşviqata ehti­yac duymurlar. Amma buna baxmayaraq AVMV İB bölgələr üzrə özünün seçki qə­rargahlarını yaradıb və seçicilərin maarif­ləndirilməsi tədbirlərində fəal iştirak edir. Eyni zamanda, dairə və məntəqə seçki komissiyalarında seçkiləri müşahidə edə­cək üzvlər seçkinin azad və demokratik şəraitdə keçirilməsinə hər cür dəstəklərini verəcəklər.


Əliqismət BƏDƏLOV 
XQ

Son xəbərlər