Türkiyədəki soydaşlarımız Azərbaycanın tərəqqisinə səs verəcəklər

post-img

Fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərində səsvermə gününü xarıcdə yaşayan azərbaycanlılar da səbirsizliklə gözləməkdədirlər. Bu barədə fikirlər Türkiyədə yaşayan Azərbaycanlı Elm Adamları Dərnəyinin təşəbbüs qrupunun üzvüləri Bilkənd Universitetinin professoru, Türkiyə Azərbaycan Dostluq Əməkdaşlıq və Həmrəylik Xeyriyyə Cəmiyyətinin Qəyyumlar Şurası və İdarə Heyətinin üzvü Əmirulla Məmmədov və Egey Univesrsitetinin professoru Afiq Bərdəli redaksiyamıza göndərdikləri müraciətdə yer alır. Müraciətdə bildirilir: 

Vətəndən uzaqlarda yaşayan biz azərbaycanlılar, eləcə də Azərbycanlı alimlər dogma Vətənimizin bir parçası və vətəndaşı olaraq, növbədənkənar prezi­dent seçkilərində aktiv iştirak edəcək və bütün iradəmizlə səfirliklərdə və ölkəmi­zin xaricdəki digər nümayəndəliklərində bir nəfər kimi səs verəcəyik. Keçən ilin sentyabrında başladılan, uğurla başa çatdırılan, 23 saata qədər davam edən antiterror əməliyyatının ardından başla­nan yeni dövrün realıqları içtimai-siya­si həyatımızın yeni gündəmini yaratdı. Azərbaycanın müstəqillik tarixində ilk dəfədir ki, seçkilər ölkənin bütün ərazi­sində keçiriləcək. Bu, çəmiyyətin tarixin­də fövqəl bir hadisə olacaqdır. 

Ölkəmizin sərhədlərindən uzaqlarda yaşayan Azərbaycan vətəndaşları döv­lətimizin işıqlı gələcəyinə səsvermə yolu ilə töhfəsini verməli və dəyərlərimizi mü­dafiə etməlidir. Harada yaşamağımızdan asılı olmayaraq, ürəyimiz, qəlbimiz daim Vətənimizlə döyünür. Təbii ki, biz Tür­kiyədə yaşayan və fəaliyyət göstərən Azərbaycan vətəndaşları bu ölkədə səs verəcəyik. Amma bizim hər birimiz özü­müzü ruhən Şuşada, Xankəndidə, Xo­calıda, Laçındakı seçki məntəqələrində hiss edəcəyik. 

Anlayırıq ki, illər boyu Fransa kimi bəzi Avropa dövlətlərinin Azərbaycan əleyhinə mövqeləri qisas cəhdidir. Bu siyasət bir daha sübüt edir ki, onlar ikili standartlardan, qərəzli və riyakar siyasət­lərindən hələ də əl çəkməyiblər. Bir gün əvvəl Avropa Şurası Parlament Assamb­leyasında (AŞPA) Azərbaycanın haqq səsini susdurmaq təşəbbüsü də ölkə­mizə qarşı düşmənçilik və qisas hissinin növbəti təzahürü olmaqla qərəzli yanaş­manın ən bariz nümunəsidir.

XQ

Son xəbərlər