“Gənclərin seçki prosesində iştirakının təşviqi”

post-img

Bakıda müxtəlif gənclər hərəkatlarının nümayəndələrinin iştirakı ilə “Gənclərin seçki prosesində iştirakının təşviqi” adlı beynəlxalq konfrans keçirilib. Konfrans İslam Əməkdaşlıq Gənclər Forumu Avrasiya Regional Mərkəzi və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) təşkilatçılığı ilə reallaşıb.

NAYORA-dan verilən məlumata görə, tədbirə Rusiya Federasiyası Tatarıstan Respublikasının aparıcı “Selet” gənclər hərəkatının rəhbəri Aygül Qabdrrəhma­nova, Qazaxıstanın aparıcı hakim “Ama­nat” partiyasının “Jastar Ruhu” gənclər qolunun direktoru Akerke İsgəndərova, Avropada müsəlman icmaları ilə iş üzrə Rumıniya “Şəhrizad” Gənclər Fondu­nun prezidenti Vəcihə Haris, Pakistanın “Gənclərin Müdafiəsi üzrə Şəbəkə” təş­kilatının sədri Fsahat ul-Həssənin çıxış ediblər. NAYORA Baş katibinin modera­torluğu ilə keçən müzakirələrdə gənclər və gənclər təşkilatlarının iştirakı ilə fəal vətəndaşlığın prinsipləri ətrafında mü­zakirələr aparılıb, iştirakçılar demokratik proseslərdə gənclərin iştirakının uğurlu təşviqi üzrə beynəlxalq təcrübələrini bö­lüşüblər.

Konfransda iştirakçılar müxtəlif ölkələrdə gənclərlə iş üzrə innovativ ya­naşmaları müzakirə edərək fikir müba­diləsi aparıblar. Həmin müzakirələr, ilk növbədə, hər regionda nadir çağırış və imkanların olduğu nəzərə alınaraq fərqli mədəni kontekstlərlə uzlaşan strategiya­ların müəyyənləşdirilməsi məqsədi daşı­yıb.

Tədbirdə, eyni zamanda, fevralın 7-də Azərbaycanda keçiriləcək növbədənkə­nar prezident seçkilərində gənclərin işti­rakı da müzakirə edilib.


Əliqismət BƏDƏLOV 
XQ

Son xəbərlər