Əli Əsədov gürcü naziri qəbul edib

post-img

Yanvarın 25-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Gürcüstanın təhsil, elm və gənclər naziri Giorgi Amilaxvari ilə görüşüb.

Görüşdə Azərbaycanla Gürcüstan arasında mehriban qonşuluq və stra­teji tərəfdaşlıq münasibətlərinin bütün sahələrdə uğurlu inkişafından məm­nunluq ifadə olunub.

İki ölkə arasında humanitar sahədə əməkdaşlığın səviyyəsi yüksək qiymət­ləndirilib.

Görüşdə Azərbaycan ilə Gürcüs­tan arasında təhsil və elm sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.

XQ

Son xəbərlər