Daxili işlər naziri Gədəbəydə qəbul keçirib

post-img

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov yanvarın 24-də və 25-də Gədəbəydə vətəndaş qəbulu keçirib.

Rayon Polis Şöbəsinin inzibati bi­nasında Ağstafa, Daşkəsən, Tovuz, Qazax, Gədəbəy və Şəmkir şəhər və rayonlarından qəbula gələn 125 vətən­daşın müraciətini dinləyən nazir onla­rın problemlərinin həlli üçün aidiyyəti baş idarə və idarə rəislərinə tapşırıqlar verib. Müraciətlərin əksəriyyətinin ye­rində həlli ilə bağlı tədbirlər görülüb.

Səfər çərçivəsində V.Eyvazov böl­gə üzrə polis orqanlarında sıravi və ki­çik rəis heyətinə xidmətə qəbulla bağlı sıra baxışı keçirib.

XQ

Son xəbərlər