Naxçıvanda xarici və yerli investorlarla görüş

post-img

Dünən Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli xarici və yerli istehsalçılar, eləcə də investorlarla görüşüb.

“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” barədə ətraflı məlumat verən Fuad Nəcəfli diqqətə çatdırıb ki, 11 prioritet sahəni əhatə edən proqramda nəzərdə tutulan layihələrin artıq icrasına başla­nılır. Xüsusilə “yaşıl enerji”, o cümlə­dən günəş və külək elektrik stansiya­larının inşası istiqamətində çox böyük layihələrin icrası nəzərdə tutulur. Bey­nəlxalq konsorsium, həmçinin Türkiyə, Almaniya və Çindən investorlar bu layihələrin icrasında yaxından iştiraka maraq göstərirlər.

Bildirilib ki, Naxçıvan azad iqtisa­di zonaya çevriləcək, burada fəaliy­yət göstərən şirkətlər üçün vergi və gömrük güzəştləri, daşıma və digər sahələrdə müvafiq stimullaşdırma tət­biq ediləcək.

XQ

Son xəbərlər