Qarabağ seçki marafonuna qoşulub

post-img

Növbədənkənar prezident seçkiləri 30 ildən sonra işğaldan azad edilmiş Qarabağımızda da keçiriləcək. Bu, hər bir azərbaycanlını, xüsusən də doğma torpaqlara qayıtmış sakinlərin böyük səbirsizliklə gözlədikləri gündür. 

Növbədənkənar prezident seçkilərinin toy – bayram şəraitində gözləyənlər sırasında Talış kəndinin sakinləri də var. Kənd sakinləri Suqovuşan qəsəbəsindəki seçki məntəqəsində səs verəcəklər. 97 saylı Tərtər-Naftalan-Go­ranboy seçki dairəsində 59 seçki məntəqəsi yaradılıb. Həmin məntəqələrdən ikisi işğal­dan azad edilmiş ərazilərdə yerləşir. Kəndlər­dən biri də Tərtər rayonunun Talış kəndidir. Bu kənd Qarabağ iqtisadi rayonunda ilk bərpa olunan kənddir. Kənddə 4 yol-kommunikasiya şəbəkəsi tam olaraq qurulub. 

Kənd sakinləri uzun illərin həsrətindən sonra nəhayət, ötən ilin martında doğma ata-baba yurdlarına qayıdıblar. Burada sa­kinlər üçün hər cür şərait yaradılıb. Kənddə Novruz, Qurban, Həmrəylik Günü və Yeni il bayramlarını qeyd edən sakinlər növbədənkə­nar prezident seçkilərinin keçiriləcəyi günü səbirsizliklə gözləyirlər. Onlar həmin günün əsil bayram olacağını deyirlər. Çünki bu seç­kilər işğaldan azad edilmiş ərazilərimizdə ilk dəfə keçiriləcək. Talış kənd sakinləri böyük həvəslə, qalib ölkənin qalib vətəndaşları kimi seçki məntəqəsinə gedərək səsvermədə işti­rak edəcəklər.

Əliqismət BƏDƏLOV 
XQ

Son xəbərlər