Tələbələr üçün infosessiya

post-img

2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində ilk dəfə səs verəcək Naxçıvan Dövlət Universitetinin nəzdində olan Texniki Kollecdə tələbə-gənclər üçün seçki hüququ ilə bağlı maarifləndirici infosessiya keçirilib. 

Texniki Kollecin direktoru Asəf Ru­şanov bu il ilk dəfə səs verəcək gəncləri seçkilərdə səsvermə hüququ qazanmala­rı münasibətilə təbrik edib.

Sonra 4 saylı Naxçıvan şəhər Da­irə Seçki Komissiyasının sədri Çingiz Həsənli gənclərə səsvermə proseduru, seçki gününədək və seçkilər zamanı bil­məli olduqları zəruri hüquqi məsələlər haqqında məlumat verib və tələbələri ma­raqlandıran sualları cavablandırıb. 

Görüş Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilatçılığı və Mərkəzi Seçki Komissiyasının dəstəyi ilə gerçəkləşib. İnfosessiyanın keçirilməsin­də məqsəd seçki sistemi, seçicinin hüquq və vəzifələri barədə gənclərin maariflən­dirilməsi, habelə baş tutacaq seçkilərdə ilk dəfə seçici kimi iştirak edəcək tələ­bələrin məlumatlılıq səviyyəsinin və seçi­ci fəallığının artırılmasıdır.

Analoji maarifləndirmə tədbiri Naxçı­van Dövlət və “Naxçıvan” universitetlərin­də də keçirilib.


Əliqismət BƏDƏLOV 
XQ



Son xəbərlər