Siyasi partiyaların seçki fəallığı

post-img

Növbədənkənar prezident seçkilərinin azad və ədalətli keçirilməsi üçün bütn imkanlardan istifadə olunur. Hər bir kəs seçkilərin demokratik və ədalətli keçirilməsi üçün əlindən gələni əsirgəmir. Siyasi partiyalar da prezident seçkilərinə böyük maraq göstərməklə şəffaflığın təmin olunmasında da yaxından iştirak edirlər. Partiya üzvləri fevralın 7-nə təyin edilmiş prezident seçkilərində fəal iştirak edirlər.

Mərkəzi Seçki Komissiyası seçkilərə öz namizədləri ilə qatılmaq istəyən bütün siyasi partiyaların namizədlərinin irəli sü­rülməsini təsdiq edib və hamısını qeydə alıb. Hazırda azad seçki mübarizəsi apa­ran 7 namizəddən 5-i məhz siyasi parti­yalar tərəfindən irəli sürülənlərdir.

Əsas məramı siyasi proseslərdə işti­rak olan siyasi partiyaların müxtəlif sta­tuslarla da seçkilərə qatıldığını aydın görmək mümkündür. Seçkilərə öz na­mizədləri ilə qatılmayan çoxsaylı siyasi partiyalar da prezident seçkilərinə ciddi maraq göstərir, kifayət qədər böyük say­da müşahidəçi və məşvərətçi səs hüquq­lu komissiya üzvü ilə seçkilərdə şəffaflı­ğın təmin olunmasında yaxından iştirak edirlər. İndiyədək 19 siyasi partiyanın ümumilikdə, 30 minə yaxın müşahidəçisi Mərkəzi Seçki Komissiyasında və dairə seçki komissiyalarında akkreditasiyadan keçməklə seçkiləri müşahidə hüququ qa­zanıb. Bu proses hazırda da intensiv şə­kildə davam edir.

Siyasi partiyalar ölkədə keçirilən seç­kilərdə xüsusi yeri və çəkisi olan mühüm seçki subyektlərindəndir. Azərbaycanın mövcud seçki qanunvericiliyi də siya­si partiyaların seçkilərdə öz məqsəd və məramına uyğun iştirakı üçün hərtərəfli, geniş imkanlar təsbit edir. Seçki təcrübəsi aydın göstərir ki, siyasi partiyaların seç­kilərdə fəallığı, ictimai-siyasi proseslərə təsir imkanları ilbəil artmaqdadır. Əlbəttə ki, bunda siyasi partiyaların inkişafı, möh­kəmlənməsi, ictimai-siyasi proseslərə yaxından cəlb edilməsi üçün respublika­da yaradılmış əlverişli mühit önəmli rol oynayır.


Əliqismət BƏDƏLOV 
XQ

Son xəbərlər